Mahir Emreli: "Xorvatiyanın adı gələndə böyük motivasiya qazanırıq"

20:29 - 8 Sentyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya yığmasını qonaq edəcək Azərbaycan millisinin futbolçusu Mahir Emreli oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 22 yaşlı hücumçu əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- Bizi ağır oyun gözləyir. Rəqibin gücü bəllidi. Bunun özü bizim üçün motivasiya olmalıdı. Böyük komandaya qarşı oynayırıq. Xalımız yoxdu, evdə oynayırıq, ən yaxşısını etməyə çalışacağıq. Düşünürəm ki, bunu edə biləcəyik.

 

- Baş məşqçi söz verdi ki, sabah ən yaxşış ev oyunumuzu oynayacağıq. Eyni sözü siz də verə bilərsizmi?
- Bunun üçün çalışacağıq. İki gün əvvəl oynasaq da, Xorvatiyanın adı gələndə böyük motivasiya qazanırıq. İlk oyunda hiss etmişdik ki, sensasiya edə bilərik. Niyə də bunu etməyək? Ümid edirəm ki, sabah ən yaxşı oyunumuzu oynayacağıq.

 

- Təəssüf ki, məğlubiyyətləri müqayisə edirik. Siz də aparıcı üzvlərdənsiz. Qələbə üçün nə çatmır?
- Tənqidlər normaldı. Bunu başa düşürük. Necə ki, qələbəyə görə hamı sevinir. Xorvatiya və Uelslə matçlarda bəxtimiz gətirmədi. Macarıstana qarşı da qol vurmuşduq, amma sonrasını gətirə bilmədik. Tək uğursuz oyunumuz Slovakiyaya qarşı idi. Onda uğursuz günümüz oldu.

Xəbər xətti