Dmitri Nazarov: "Qaret Beyl formalarımızı dəyişmək üçün mənə yaxınlaşdı"

11:42 - 9 Sentyabr 2019

Azərbaycan milli komandasının üzvü Dmitri Nazarov tag24.de saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Almaniya II Bundesliqa təmsilçisi "Aue"nin yarımmüdafiəçisi millinin AÇ-2020-nin seçmə mərhələsində Uelsə 1:2 hesabı ilə uduzduğu oyunu şərh edib:

 

"Uelsdə son dərəcə acı verən qollar buraxdıq. İki qəribə qolla uduzduq. Bu, qəribə idi".

 

Nazarov Uels yığmasının kapitanı Qaret Beyllə formasını dəyişdirdiyini deyib. 29 yaşlı futbolçu ilk təklifin "Real"ın ulduzundan gəldiyini deyib:

 

"Beyl mənə yaxınlaşdı, performansımı təriflədi və formalarımızı dəyişmək istəyib-istəmədiyimi soruşdu".

 

Milliləşdirilmiş futbolçu yığmanın bu gün Xorvatiyaya qarşı keçirəcəyi oyunla bağlı fikirlərini bölüşüb:

 

"Dövlət himni səslənəndə tüklərim biz-biz oldu. İkinci Bundesliqada oynaya-oynaya nə vaxt İvan Perişiç və Luka Modriçə oynamaq şansın olur?"

Xəbər xətti