Poçettino: "Eriksen "Tottenhem"də xoşbəxtdir"

11:49 - 13 Sentyabr 2019

"Tottenhem"in baş məşqçisi Maurisio Poçettino komandadan ayrılacağı gözlənilən Kristian Eriksenlə bağlı açıqlama verib.

 

Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, argentinalı mütəxəssis Eriksenin komandada xoşbəxt olduğunu bildirib:

 

"Eriksen hər zaman komandada xoşbəxt olub. Əlbəttə, hər kəsin hədəfləri var, amma Kristian bizim üçün önəmli futbolçudur. Meydanda əlindən gələni edəcəyinə əminəm".

 

Poçettino yeni transfer Covani Lo Çelsonun zədələnməsi barədə də danışıb:

 

"Üzgünəm, çünki Lo Çelso adaptasiya olmağa başlamışdı. Hər şey yaxşı gedirdi. Zədələnməsi müsbət hal olmadı. İndi yaxşılaşması üçün ona yardım etməliyik. Baş verənləri dəyişdirməliyik".

Xəbər xətti