Emil Balayevdən daha bir uğurlu oyun - VİDEO

19:27 - 15 Sentyabr 2019

Qazaxıstan çempionatında 26-cı tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin qapıçısı Emil Balayevin çıxış etdiyi "Tobol" evdə "Okjetpes"i 1:0 hesabı ilə məğlub edib.

 

Emil Balayev start heyətdə yer alıb və sonadək mübarizə aparıb. 25 yaşlı qolkiper 519 dəqiqədir ki, qapısından top buraxmır. 

 

"Tobol" 55 xalla turnir cədvəlinə başçılıq edir. "Kayrat" 53 xalla 2-cidir. İki oyunu ehtiyatda olan "Astana" 50 xalla 3-cü sırada qərarlaşıb.

 

Xəbər xətti