Xulen Lopeteqi: "Bizi Bakı çətin oyun gözləyir"

10:37 - 16 Sentyabr 2019

İspaniyanın "Sevilya" klubunun baş məşqçisi Xulen Lopeteqi La Liqanın IV turunda səfərdə "Alaves"ə 1:0 hesabı ilə qalib gəldikləri oyundan sonra fikirlərini bölüşüb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, ispaniyalı mütəxəssis Avropa Liqasının qrup mərhələsinin ilk turunda səfərdə "Qarabağ"a qarşı keçirəcəkləri oyundan da danışıb:

 

"Hər şeyi çətinləşdirməyi bacaran rəqibə qarşı yaxşı oynadıq. Əziyyət çəkdik və layiqli qələbə qazandıq. Avropa Liqasında ilk oyunumuz olacaq. Bakı çox uzaq olsa da, həvəslə gedirik. Bakı səfəri öncəsi hər şeyi yaxşılaşdırmalıyıq. Bizi çətin oyun gözləyir".

 

"Qarabağ" - "Sevilya" matçı sentyabrın 19u Tofiq Bəhramov adına Respbulika Stadionunda keçiriləcək. Qarşılaşmanın start fiti 20:55-də səslənəcək.

Xəbər xətti