Mariya Stadnik dünya çempionu oldu

17:02 - 18 Sentyabr 2019

Qazaxıstanın paytaxtı Nur-Sultanda güləş üzrə dünya çempionatı davam edir.

 

Sportal.az xəbər verir ki, bu gün qadın sərbəst güləşçimiz Mariya Stadnik (50 kq) final görüşünə çıxıb.

 

İdmançımızın rəqibi rumıniyalı Emilia Alina Vuç olub. Görüş Mariyanın inamlı qələbəsi ilə başa çatıb - 13:0. Bununla da güləşçimiz ikinci dəfə dünya çempionu adını qazanıb. O, ilk dəfə 2009-cu ildə mundialın qızıl medalını qazanıb. Stadnik həmçinin, 7 dəfə Avropa çempionu olub.

 

Mariya Stadnik təsnifat mərhələsində Miessiney Mersi Genesisi (Nigeriya) 10:0, 1/8 finalda Sima Simanı (İndoneziya) 9:2, 1/4 finalda Yekaterina Poleşçuku (Rusiya) 11:0, 1/2 finalda isə Yanan Sunu (Çin) 6:4 hesabı ilə üstələyib.

Xəbər xətti