Cenk Tosun Qətər klubundan imtina etdi

13:01 - 21 Sentyabr 2019

İngiltərənin "Everton" klubunun hücumçusu Cenk Tosun Qətərin "Əl-Qarafa" klubunun təklifini qəbul etməyib.

 

Sportal.az "Takvim"ə istinadən xəbər verir ki, Türkiyə yığmasının üzvü qışa qədər Liverpul təmsilçisində qalmağa qərar verib. "Əl-Qarafa" dan ciddi təklif alan Tosunun həyat yoldaşı Qətərə getməyin əlehinə olub. Əsas heyətə düşə bilməyən 28 yaşlı forvard komandadan qışda ayrılmaq istəyir.

 

"Everton" Cenk Tosunu ötən il 22,5 milyon avroya "Beşiktaş"dan transfer etmişdi. Tosun "Everton"da 44 oyuna 9 qol vurub, 4 assistlə yadda qalıb.

Xəbər xətti