Emil Balayev qələbəni şərh etdi

12:12 - 23 Sentyabr 2019

Qazaxıstanın "Tobol" klubunun qapıçısı Emil Balayev Premyer Liqanın 27-ci turunda səfərdə "Şaxtyor"a qalib gəldikləri (1:0) görüş barədə açıqlama verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Azərbaycan millisinin üzvü güclü rəqibə qalib gəldiklərini söyləyib:

 

"Çətin oyun olacağını başa düşürdük. Qarşılaşmanın nəticəsini həll edən bir qolu son dəqiqələrdə biz vurduq. Oyuna maksimum güclə hazırlaşmışdıq. Bunun olduqca vacib görüş olduğunu bilirdik. "Şaxtyor" çox keyfiyyətli futbol nümayiş etdirən komandadır. Topa nəzarət etməyi sevirlər. Komandamız bu qələbədən məmnundur. Qarşıda bizi "Jetsu" ilə ev matçı gözləyir. Artıq növbəti rəqib barədə düşünürük".

 

"Tobol" 58 xalla turnir cədvəlinin ilk pilləsində qərarlaşıb.

Xəbər xətti