Kuper Özbəkistan yığmasından göndərildi

16:37 - 23 Sentyabr 2019

Özbəkistan Futbol Federasiyası millinin baş məşqçisi Hektor Kuperi istefaya yollayıb.

 

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, argentinalı mütəxəssisin müqaviləsinə qarşılıqlı razılaşma ilə xitam verilib.

 

53 yaşlı çalışdırıcı ötən ilin yayında milliyə baş məşqçi təyin edilmişdi. Özbəkistan son Asiya çempionatında 1/8 finalda mübarizəni dayandırmışdı. Komanda DÇ-2022-nin seçmə mərhələsində son olaraq Fələstinə 0:2 hesabı ilə uduzub.

Xəbər xətti