"Qarabağ"la APOEL eyni səviyyədədir"

11:54 - 24 Sentyabr 2019

Belçikanın "Virton"unun futbolçusu Stelvio Kruz sabiq komandası "Düdelanj"ın Avropa Liqasının qrup mərhələsində yer aldığı qrupu dəyərləndirib.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi Lüksemburq təmsilçisininin "Sevilya, APOEL və "Qarabağ"ın yer aldığı qrupda ikinci yeri tuta biləcəyini deyib:

 

"Düdelanj"da olan 6 futbolçu ilə danışıram. Orada işlər davam edir. Lüksemburq futbolunda keyfiyyət artır. APOEL üzərində  4:3 hesablı qələbə inanılmaz oldu. "Sevilya" qrupu böyük ehtimalla 1-ci pillədə başa vuracaq. Onlar əsas favoritdir. "Düdelanj" isə ikinciliyə inanmalıdır. "Qarabağ"la APOEL eyni səviyyədədir".

Xəbər xətti