Qvardiola: "Onun simvolik komandada olmadığına inana bilmirəm"

18:08 - 24 Sentyabr 2019

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola komandasının yarımmüdafiəçisi Bernardu Silvanın ilin simvolik komandasında yer alacağını gözləyirmiş.

 

Sportal.az xəbər verir ki, ispaniyalı mütəxəssis portuqaliyalı futbolçunun rəmzi yığmaya düşməməsinə inana bilmədiyini söyləyib:

 

"Ötən mövsüm Bernardu Silvadan daha yaxşı performans göstərən futbolçunun olduğunu düşünmürəm. Mənə elə gəlir ki, ən vacib oyunçumuz idi. Üstəlik, Portuqaliya yığması ilə kubok da qazandı. İlin simvolik yığmasında olmamasına inana bilmirəm".

Xəbər xətti