Avropa Liqasında VAR

00:15 - 25 Sentyabr 2019

UEFA bu mövsümdən Avropa Liqasında VAR (Video Assistan Referee) sisteminin tətbiq ediləcəyini açıqladı.

 

Sportal.az xəbər verir ki, 1/16 final mərhələsinin oyunlarından etibarən VAR-dan istifadə ediləcək.

 

UEFA-nın İcraiyyə Komitəsinin Lyublyanada keçirilən iclasında bu barədə qərar verilib.

 

Azərbaycanı Avropa Liqasında "Qarabağ" (Ağdam) klubu təmsil edir.

Xəbər xətti