AFFA-dan klublara cərimə

15:15 - 25 Sentyabr 2019

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Premyer Liqanın V turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

“Səbail” – “Qəbələ” matçında “Qəbələ”nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub.

 

“Sumqayıt” – “Sabah” matçında “Sabah”ın 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 79-cu dəqiqəsində “Sumqayıt”ın futbolçusu Mehdi Şərifi ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

 

“Neftçi” – “Keşlə” matçında “Keşlə”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunub. Oyunun 35-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Donald Gerye ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 200 manat cərimə olunub.

Xəbər xətti