Qazaxıstan fiaskosu, incik baş məşqçi və yarıtmaz legionerlər - VİDEO

16:52 - 25 Sentyabr 2019

Güləş üzrə milli komandalarımız (yunan-Roma, qadın və kişi sərbəst güləş yığmaları) Qazaxıstanda keçirilən dünya çempionatından fiasko ilə döndü. Düzdür, ilk baxışda 28 idmançımızdan 6-sının medal qazanması pis görünmür. Amma nəzərə alsaq ki, bu yarışda əsas məqsəd Tokio Olimpiadasına lisenziyalar qazanmaq idi, onda cəmi 2 vəsiqəyə sahib çıxan milli komandamızın halına acımamaq olmur. Üstəlik, baş məqşçi Saypulla Absaidovun federasiyadan inciyib xüsusi əhəmiyyət daşıyan dünya çempionatına getməməsi də Azərbaycan Güləş Federasiyasında işlərin yolunda olmadığından xəbər verir.

 

Sportal.az son dünya çempionatının yekunlarından bəhs edən videosüjeti təqdim edir.

 

Xəbər xətti