"Mançester Yunayted" mərhələni penaltilərlə adladı - VİDEO

10:44 - 26 Sentyabr 2019

İngiltərə Liqa Kubokunda 1/16 final mərhələsinin görüşləri keçirilib.

 

Sportal.az xəbər verir ki, "Mançester Yunayted" "Old Trafford"da I Liqa təmsilçisi "Roçdeyl"lə qarşılaşıb. Matçın əsas vaxtı 1:1 hesablı heç-heçə ilə başa çatıb. Penaltilər zərbəsində dəqiq olan "qırmızı şeytanlar" 1/8 finala adlayıb.

 

"Mançester Yunayted" 1/8 finalda "Çelsi" ilə qarşılaşacaq.

 

"Mançester Yunayted" - "Roçdeyl" - 1:1 (pen. 5:3)

Qollar: Meyson Qrinvud, 68 - Lyuk Mateson, 76

 

Xəbər xətti