Xavinin Premyer Liqa arzusu

12:59 - 26 Sentyabr 2019

"Barselona"nın sabiq futbolçusu, Qətərin "Əl-Sədd" klubunu çalışdıran ispaniyalı mütəxəssis Xavi açıqlama verib.

 

Sportal.az "Sky Sports"a istinadən xəbər verir ki, 39 yaşlı çalışdırıcı gələcəkdə İngiltərə Premyer Liqasında işləmək arzusunda olduğunu bildirib:

 

"Hədəfim İngiltərə Premyer Liqasında klublardan birini çalışdırmaqdır. İngiltərədəki futbol atmosferini, dolu tribunaları sevirəm. Açığı, istəyərdim ki çalışdıracağım böyük klub olsun. Seçim etsəm, "Mançester Siti", "Mançester Yunayted", "Çelsi", "Arsenal" və "Tottenhem"dən birinə üstünlük verərdim".

 

Əfsanəvi futbolçu "Barselona"ya dönmək istədiyini bildirib:

 

"Bunu gizlətmirəm. Hədəfim Avropaya - "Barselona"ya dönməkdir. Önümdə mübarizə var. Hələ öyrənirəm və baş məşqçilikdən həzz alıram".

Xəbər xətti