Divizionda 6-cı turun oyun cədvəli açıqlandı

14:16 - 26 Sentyabr 2019

Azərbaycan I Divizionda VI turun oyun cədvəli məlum oldu.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, turun bütün görüşləri saat 15:30-da başlayacaq. Bu tur “Sumqayıt-2” komandası istirahət edəcək.

 

1 oktyabr (çərşənbə axşamı)

“Qarabağ-2” – “Neftçi-2”
Bakı Olimpiya Stadionu (ehtiyat meydança)

 

3 oktyabr (cümə axşamı)

“Keşlə-2” – “Turan Tovuz”
“AZAL Arena”

 

“Ağsu” – MOİK
Ağsu şəhər stadionu

 

“Sabah-2” – “Kəpəz”
Binə qəsəbə stadionu

 

4 oktyabr (cümə)

“Zaqatala” – “Qaradağ Lökbatan”
Zaqatala şəhər stadionu

 

“Zirə-2” – “Səbail-2”
“AZAL Arena”

 

Qeydlər: “Qarabağ-2” – “Neftçi-2” matçı U-19 milli komandasının rəsmi oyunlarına görə müraciəti və hər iki komandanın razılığı ilə daha tez tarixə keçirilib. Tovuz şəhər stadionu təmirə bağlandığı üçün 1-ci dövrənin oyunu “Keşlə-2” – “Turan Tovuz”, 2-ci dövrənin görüşü “Turan Tovuz” – “Keşlə-2” matçı kimi nəzərə alınacaq.

Xəbər xətti