"Düdelanj" - "Qarabağ": FAKTLAR

13:29 - 27 Sentyabr 2019

"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin ikinci turunda Lüksemburqun "Düdelanj" klubu ilə qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, UEFA-nın saytı oktyabrın 3-ü "Stade Josy Barthel"də keçiriləcək qarşılaşmanın afişasını hazırlayıb:

 

- “Düdelanj” qrup mərhələsinin ilk oyununda səfərdə APOEL-i 4:3 hesabı ilə məğlub etdi.
 
- “Düdelanj” Avropa Liqasının qrup mərhələsində qələbə qazanan ilk Lüksemburq klubu oldu.
 
- “Qarabağ” isə qrup mərhələsinin ilk turunda evdə “Sevilya”ya 0:3 hesabı ilə uduzub.
 
Əvvəlki oyunlar:
 
- Bu komandalar üç mövsüm əvvəl Çempionlar Liqasının III təsnifat mərhələsində qarşılaşıb. “Qarabağ” evdə 2:0 hesabı ilə qalib gəldi, “Stade Jos Nosbaum”da 1:1 hesablı heç-heçə etdi. Bu nəticə Qurban Qurbanovun komandasını növbəti mərhələyə yüksəltdi. 
 
“Düdelanj”
 
- “Düdelanj” ötən mövsüm 15-ci dəfə ölkə çempionu oldu. Ötən mövsüm Avropa Liqasının pley-off mərhələsində ÇFR-i mübarizədən kənarlaşdırmaqla qrup mərhələsinə vəsiqə qazanan ilk Lüksemburq klubu oldu. Qrupda keçirdikləri beş oyunda uduzdular, yalnız “Real Betis”lə 0:0 hesablı heç-heçəyə nail oldular.
 
- “Düdelanj” ötən mövsümdə olduğu kimi, bu il də Çempionlar Liqasının I təsnifat mərhələsində mübarizəni dayandırdı. Komanda “Valetta” ilə oyunlarda mübarizəni dayandırdı (2:2, 1:1). Avropa Liqasında “Düdelanj” Şimali Makedoniyanın “Şkendiya”, Estoniyanın “Nomme Kalyu” və pley-offda Ermənistanın “Ararat” klubunu mübarizədən kənarlaşdırdı.
 
- “Düdelanj” Avropda son beş ev görüşünü uduzmayıb – iki qələbə, üç heç-heçə. Ötən mövsüm komanda qrup mərhələsinin ev oyunlarında qol vurmayıb.
 
“Qarabağ”
 
- “Qarabağ” son Azərbaycan çempionudur. Onlar 2018/19 mövsümündə “Neftçi”ni 8 xal qabaqlayaraq 7-ci dəfə çempion oldular. Bununla yanaşı, 5-ci dəfə Avropa Liqasının qrup mərhələsinə yüksəliblər. Komanda ötən mövsüm “Arsenal” (İngiltərə), “Sportinq” (Portuqaliya) və “Vorskla” (Ukrayna) ilə eyni qrupda mübarizə apardı və 3 xal topladı. “Qarabağ” Avropada ən ağır məğlubiyyətini “Sportinq”ə 1:6 hesabı ilə uduzmaqla aldı.
 
- “Qarabağ” Çempionlar Liqasında mübarizəyə başlasa da, III mərhələdə APOEL (Kipr) səddini keçə bilmədi. Avropa Liqasının pley-off mərhələsində “Linfild”i mübarizədən kənarlaşdıran Ağdam klubu qruplara yüksəldi.
 
- “Qarabağ” daha əvvəl qrup mərhələsini heç vaxt adlaya bilməyib.
 
- “Qarabağ” Avropa Liqasının qrup mərhələlərində səfərdə keçirdiyi 12 oyunun 3-də qələbə qazanıb (3 qələbə, 1 heç-heçə, 8 məğlubiyyət).
 
Bağlantılar:
 
- “Düdelanj” və “Qarabağ” son iki mövsüm ölkələrini qrup mərhələlərində təmsil edən yeganə klublardır.
 
- “Düdelanj”ın qapıçısı Conat Juber 40 yaş 7 günlüyündə APOEL-lə matçda meydana çıxdı. O, bu turnirdə oynayan ən yaşlı 11-ci futbolçu oldu. Bu yarışın ən yaşlısı “Tottenhem”in heyətində 2013/14 mövsümündə Moldova “Şerif”inə qarşı oynamış Bred Frideldir. Amerikalı qapıçı 42 yaş 173 günündə meydana çıxmışdı.
 
Baş məşqçilər:
 
- Belçika millisinin sabiq futbolçusu Bertrand Krasson həmyerlisi Emilio Ferreranın istefasından sonra baş məşqçi postuna gəldi. Keçmiş müdafiəçi Belçika yığmasında 26 oyun keçirib və DÇ-1998-in iştirakçısı olub. Bu ilin sentyabrından “Düdelanj”ın məşqçilər korpusunda yer alır. “Düdelanj” Krassonun rəhbərliyi altında ilk dəfə qrup mərhələsində qələbə qazandı.
 
- Qurban Qurbanov Azərbaycan millisində 68 oyuna 14 qol vurmaqla yığma tarixində bombardir ünvanına sahibdir. Futbolçu karyerasında klublarını tez-tez dəyişsə də, 2009-cu ilin avqustundan “Qarabağ” klubunu çalışdırır. Komanda onun rəhbərliyi altında ardıcıl 6 dəfə Azərbaycan çempionu olub və 4 dəfə ölkə kubokunu qazanıb. Ağdamlılar ardıcıl 6-cı dəfə Avropa Kuboklarının qrup mərhələsində iştirak edir. Bunlardan biri Çempionlar Liqası qrupu olub. O, Çempionlar Liqasının qruplarına qalan ilk azərbaycanlı baş məşqçidir. 2018-ci ildə Azərbaycan milli komandasını da çalışdırmışdı.

 

Xəbər xətti