"Arsenal"ın kapitan seçimi

15:57 - 27 Sentyabr 2019

İngiltərənin "Arsenal" klubunun əsas kapitanı müəyyənləşib.

 

Sportal.az "BBC Sport"a istinadən xəbər verir ki, İsveçrə millisinin üzvü Qranit Caka "topçular"ın əsas kapitanı seçilib. Komandanın baş məşqçisi Unai Emeri Premyer Liqada "Mançester Yunayted"lə oyun öncəsi mətbuat konfransında Albaniya əsilli futbolçunun daimi kapitan seçildiyini açıqlayıb.

 

Caka bu mövsüm "Arsenal"ın 8 oyunun 6-da kapitanlıq bazubəndini qoluna keçirmişdi. İspaniyalı çalışdırıcı yekun qərar verdiklərini 27 yaşlı yarımmüdafiəçinin əsas kapitan olduğunu deyib.

 

Ötən mövsüm "Arsenal"ın kapitanı yayda klubu tərk edən Loran Kosielni idi.

 

Emeri vitse-kapitanla bağlı müzakirələrin getdiyini bildirib.

Xəbər xətti