"Qəbələ"nin "Neftçi" ilə 50-ci dueli

00:00 - 28 Sentyabr 2019

“Qəbələ” sabah növbəti oyununu keçirəcək.

 

Sportal.az xəbər verir ki, “Qırmızı-qaralar” Azərbaycan Premyer Liqasında “Neftçi” ilə qarşılaşacaq. VI turun görüşü Qəbələ şəhər stadionunda baş tutacaq.

 

Bu, iki komanda arasında yubiley – 50-ci oyun olacaq. “Qəbələ” indiyədək 49 dəfə “Neftçi” ilə üz-üzə gəlib. 17 qələbə və 12 heç-heçəsi olan bölgə klubu 20 dəfə uduzub. 128 qolun vurulduğu matçlarda hər iki komanda eyni sayda – 64 dəfə fərqlənib.

 

Premyer Liqada 45-ci dəfə qarşılaşacaq rəqiblər 5 oyunu Azərbaycan kuboku çərçivəsində keçiriblər. Çempionatdakı 44 oyunda “Qəbələ” 16 dəfə üç, 9 dəfə bir xal əldə edib. 19 matç isə bakılıların qələbəsi ilə başa çatıb. Premyer Liqadakı top fərqində də bakılılar öndədir – 58:57.

 

25-ci dəfə “ağ-qaralar”ı qəbul edəcək “Qəbələ” evdə 8 qələbə qazanıb. Qonaqlar isə 11 matçdan qalib ayrılıblar. Digər 5 görüşdə sülh qeydə alınıb. "Qəbələ" ev oyunlarında 65 qol vurulub. “Qırmızı-qaralar” 34, paytaxt təmsilçisi 31 dəfə rəqib qapısına yol tapıb.

Xəbər xətti