FIFA-dan Emiliano Sala qərarı

12:28 - 1 Oktyabr 2019

FIFA-nın Futbolçu Statusu Komitəsi ilin əvvəlində "Nant"dan "Kardiff Siti"yə transfer olan Emiliano Salanın təyyarə qəzasında vəfat etməsi ilə bağlı qərar qəbul edib.

 

Sportal.az qurumun saytına istinadən xəbər verir ki, klublar arasında olan anlaşmaya görə, "Kardiff Siti" ilk taksiti - 6 milyon avronu ödəməlidir.

 

Klublar qərarla bağlı 10 gün ərzində Beynəlxalq İdman Məhkəməsinə etiraz edə bilərlər.

 

Emiliano Sala yanvarın 19-u Fransa "Nant"ından İngiltərə Premyer Liqa təmsilçisi "Kardiff Siti"yə 17 milyon avroya transfer olunmuşdu. Yanvarın 22-də Böyük Britaniyaya yollanan hücumçu La-Manş boğazında təyyarə qəzasına uğramışdı.

 

Fevralın 6-sı argentinalı forvardın cəsədi tapılmışdı.

 

"Kardiff Siti" Salanın transferində ilkin taksiti ödəməkdən imtina etmişdi. "Nant" klubu buna görə FIFA-ya şikayət etmişdi.

 

Xəbər xətti