Samir Abasov: "Sumqayıt"a qayıtmaq istəmirəm, belə fikrim də yoxdur"

"Bu məsələ ilə bağlı danışılası bir şey yoxdur. Klubun rəsmi saytında hər şey elan olunub. "Zirə" öz mövqeyini bildirib. Bu, olan bir şeydir. Görüşüb, danışmışıq və sonra razılığa gəldik ki, işdən çıxım". 

 

Sportal.az xəbər verir ki, bu sözləri "Zirə"nin baş məşqçi postu ilə vidalaşan Samir Abasov deyib. 41 yaşlı mütəxəsis Premyer Liqanın VII turunda "Qəbələ" ilə matçdan son belə bir söhbətin olmadığını bildirib: "Bu söhbət bu gün baş verib. Rəhbərliklə görüşdük və danışdıq. Heç bir təzminat söhbəti olmadan ayrıldım".

 

Abasov sabiq komandası "Sumqayıt"a qayıdış variantına da münasibət bildirib: "Belə bir söhbət yoxdur. Ümumiyyətlə, "Sumqayıt"a qayıtmaq istəmirəm, fikrim də yoxdur. Bu gün onu düşünmürəm. Sərt şəkildə cavab vermək də istəmirəm ki, belə bir şey olmayacaq. Sabahı da, "Sumqayıt"ın mövqeyini də bilmək olmaz. Sadəcə, bu gün üçün bu komanda haqqında ümumiyyətlə düşünmürəm". 

 

Gənc mütəxəssis ölkə xaricində çalışa biləcək gücdə olduğunu sözlərinə əlavə edib: "Buna heç bir şübhə olmasın. İstər dil, istərsə də məşq baxımından. Şübhə ona olunmalıdır ki, ölkə xaricindən təklif olacaqmı? Ölkə xaricində niyə azərbaycanlı məşqçini götürsünlər? Hansı şərtlə və nəyə görə? Belə söz-söhbətlərin hamısı boşdur".

 

Samir Abasov ötən il avqustun 29-dan çalışdığı “Zirə”ni bu gün qarşılıqlı razılıq əsasında tərk edib. Komanda onun rəhbərliyi altında ötən mövsüm Premyer Liqada 5-ci yeri tutub. Qəsəbə təmsilçisi cari çempionatda 7 turdan sonra 5-ci sıradadır (Report).

Tarix: 8 Oktyabr [16:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio