Marko Rossi: "Azərbaycana qarşı tam fərqli oyun göstərməliyik"

11:38 - 11 Oktyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya uduzan (0:3) Macarıstan millisinin baş məşqçisi görüşdən sonra açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 55 yaşlı mütəxəssis belə hesabla məğlub olmamalı olduqlarını deyib:

 

"Macarıstandan bizi dəstəkləməyə gələn azarkeşlərimizdən üzr istəyirəm. Komandamız batan gəmiyə bənzəyirdi, amma mən kapitanam. Rəqibin bizdən güclü olduğunu bilirdik, lakin belə uduzmamalı idik. Məğlubiyyətdə hər kəsin günahı var. Dörd-beş inanılmaz fərdi səhvə yol verdik. Qələbə qazanmaq istəyiriksə, qarşıdakı oyuna tamamilə başqa münasibət göstərməliyik. Azərbaycanla bazar günü keçiriləcək oyuna hazırlaşmaq çətin olacaq. Ancaq komanda bir olub, inkişaf etməlidir. Özümüzü aşmalı və Azərbaycana qarşı tam fərqli oyun göstərməliyik. Bu cür performansla Uelsdə qələbə qazanacağımızı düşünmək ağılsızlıq olar. Hamıdan tam fərqli yanaşma gözləyirəm".

 

Oktyabrın 13-də keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Xəbər xətti