Əmrə Can: "Yuventus"da xoşbəxt deyiləm"

17:52 - 11 Oktyabr 2019

Maurisio Sarrinin "Yuventus"a gəlişindən sonra oynamaq şansı qazanmayan və Çempionlar Liqasının heyətinə daxil edilməyən Əmrə Can açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Almaniya millisinin üzvü Turin klubunda xoşbəxt olmadığını deyib:

 

"Hazırda "Yuventus"da xoşbəxt deyiləm. Çox oynamaq fürsəti qazanmıram. Ötən mövsüm vacib oyunlarda meydanda idim. Yaxşı oynadığımı düşünürəm. Hələ şans qazanmamışam, amma özümü göstərmək üçün daha bir şansım var. Yoahim Lövə oynamamağıma baxmayaraq, milliyə dəvət etdiyi üçün təşəkkür edirəm. Yenidən meydanda olduğum üçün sevinirəm".

 

25 yaşlı yarımmüdafiəçi bu mövsüm "Yuventus"da 3 oyun keçirib.

Xəbər xətti