Keniyalı atletdən marafon qarçışında tarixi göstərici

19:35 - 12 Oktyabr 2019

Keniyalı idmançı Eliud Kipçoqe atletika tarixində rekorda imza atıb.

 

Sportal.az xəbər verir ki, o, marafon qaçışını 2 saatdan az müddətə başa vuran ilk atlet olub. 35 yaşlı atlet Avstriyanın paytaxtı Vyanada iş adamı Cim Retkliffin maliyyələşdirdiyi yarışda bu nəticəni göstərib.

 

Kipçoqe 42 kilometr 195 metr məsafəni 1 saat 59 dəqiqə 40,2 saniyəyə qət edib. Yarışı Beynəlxalq Atletika Federasiyaları Assosiasiyası (İAAF) keçirilmədiyi üçün rəsmi rekord kimi qeydə alınmayıb.

 

Rəsmi dünya rekordu Eliud Kipçoqeyə aiddir. O, 2018-ci ildə Almaniyanın paytaxtı Berlində eyni məsafəni 2 saat 1 dəqiqə, 39 saniyəyə qət edib. 

 

Xəbər xətti