"Yeganə məqsədimiz Azərbaycanı məğlub etməyin yollarını tapmaqdır"

19:40 - 12 Oktyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində sabah Azərbaycan millisini qəbul edəcək Macarıstan yığmasının  futbolçusu Roland Şalay oyun öncəsi mətbuat konfransında fikirlərini bildirdi.

 

Sportal.az xəbər verir ki, Almaniyanın "Frayburq" klubunun vingeri psixoloji cəhətdən hazır olduqlarını deyib:

 

“İlk növbədə məğlubiyyəti düzgün həzm etməliyik və bu iki qarşılaşma arasındakı fərqi anlamalıyıq. Hesab edirəm ki, həm psixoloji, həm də funksional hazırlığımız yerindədir”.

 

22 yaşlı futbolçu Xorvatiya ilə matçın ilk 20 dəqiqəsində yaşadıqlarını müzakirə etmədiklərini də dilə gətirdi:

 

“Xorvatiya ilə matçda yaşananları komanda yoldaşlarımla müzakirə etmədik. Buna lüzum görmədik. Çünki bütün diqqətimizi sabahkı matça yönəltməliyik. İndi əsas və yeganə məqsədimiz Azərbaycan üzərində qələbə qazanmağın yollarını tapmaqdır”.

Xəbər xətti