Fransa Kanteni, Türkiyə Əmrəni itirdi

20:38 - 12 Oktyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində qarşılaşacaq Fransa və Türkiyə millilərində itkilər var.

 

Sportal.az xəbər verir ki, Fransa yığmasının yarımmüdafiəçisi Nqolo Kante İslandiya ilə oyun öncəsi isinmə hərəkətləri edərkən zədələnmişdi. Onun Türkiyə ilə oyunda meydana çıxmayacağı gözlənilir.

 

Fransa millisində Uqo Lyoris, Pol Poqba və Kilian Mbappe də matçda oynamayacaq.

 

Türkiyə millisində isə Albaniya görüşdə zədələnən Əmrə Belözoğlu komandasına kömək etməyəcək. 39 yaşlı futbolçunun qabırğasında sınıq aşkarlanıb.

 

Fransa – Türkiyə matçı oktyabrın 14-ü Bakı vaxtı ilə saat 22:45-də keçiriləcək. Hər iki komandanın qrupda 18 xalı var.

Xəbər xətti