Şəhriyar 14 yaşında dünya çempionu olan Aydını təbrik etdi

21:00 - 12 Oktyabr 2019

Hindistanın Mumbay şəhərində 14 yaşlılar arasında şahmat üzrə dünya çempionatının qalibi azərbaycanlı olub. 

 

Aydın Süleymanlı hamını qabaqlayaraq birinci yeri tutub.

 

Şahmatçı 11 oyunun 7-də qələbə qazanıb, 4-də isə heç-heçə edib. 9 xal toplayan Aydın dünya çempionu olub.

 

Sportal.az xəbər verir ki, Şəhriyar Məmmədyarov bu uğuruna görə Aydın Süleymanlını təbrik edib:

 

"Əsl ağsaqqal şahmatı göstərərək, bütün rəqiblərindən üstün oldu. Oyunlarını izləyirdim və çox sevinirəm ki, belə rahatlıqla qalib oldu. Özü də harada-harada Hindistanda. Təbrik edirəm".

Xəbər xətti