"Qarabağ"ın "Sumqayıt"la heç-heçəsi - VİDEO

19:11 - 13 Oktyabr 2019

Milli komandaların oyunları ilə əlaqədar çempionatda yaranmış fasilədən istifadə edən “Sumqayıt”la "Qarabağ" klubları yoxlama oyunu keçirib.

 

Sportal.az xəbər verir ki, “Azersun Arena”da keçirilən və hər hissəsi 35 dəqiqə olan matç 1:1 hesabı ilə başa çatıb.

 

"Qarabağ" - "Sumqayıt" - 1:1
Qollar
: Maqaye Qeye, 30 - İlqar Qurbanov, 24

 

 

Xəbər xətti