Azərbaycan millisi qrup sonuncusu oldu

00:57 - 14 Oktyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində 8-ci turun oyunlarına start verilib. Azərbaycan millisi Budapeştdə Macarıstan yığmasına 0:1 hesabı ilə uduzdu. E qrupunun digər görüşündə Uels Xorvatiya ilə 1:1 hesablı heç-heçə etdi.

 

Sportal.az xəbər verir ki, bu nəticələrdən sonra Azərbaycan millisinin qrup sonuncusu olacağı dəqiqləşib. Seçmə mərhələsinin sona çatmasına 2 tur qalmış Nikola Yurçeviçin yetirmələri 1 xalla sonuncu - 5-ci yerdə qərarlaşıb. 4-cü yerin sahibi Uelsin 8 xalı var.

 

Azərbaycan millisi növbəti iki oyununu Uels və Slovakiyaya qarşı keçirəcək.

Xəbər xətti