Dominik Soboslay: "Dua edirdim ki, qol sayılmasın"

10:44 - 14 Oktyabr 2019

Macarıstan millisinin futbolçusu Dominik Soboslay AÇ-2020-nin seçmə mərhələsində Azərbaycana 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.

 

Sportal.az xəbər verir ki, "Zalsburq"un yarımmüdafiəçisi şanslardan istifadə etmədiklərini deyib:

 

"Özümüzün ən yaxşı oyunumuzu göstərmədik. Baş məşqçinin tapşırıqlarına daha yaxşı əməl etməli idik. Hesabı açandan sonra da qol vura bilərdik. Sonradan isə tempin yüksək olmasına çalışmırdıq. Hücum potensialımız qaydasında idi. Lakin imkanlardan istifadə etmək istənilən səviyyədə deyildi”.

 

18 yaşlı futbolçu Azərbaycan millisinin qeydə alınmadığı qoluna münasibət bildirib:

 

“Həmin vaxt ehtiyat oyunçular skamyasında idim. Oradan epizodu dəqiq görə bilməzdim. Çaşıb qalmışdım. Dua edirdim ki, hər hansı səbəbdən - əllə oyun, ofsayd və ya səhvən qol sayılmasın. Amma heç nə görməmişdim”.

Xəbər xətti