Gündoğanla Əmrə tənqid hədəfində - əsgər salamını bəyəndikdən sonra geri götürdülər

17:46 - 14 Oktyabr 2019

Almaniya millisinin futbolçuları - İlkay Gündoğan və Əmrə Can qalmaqala səbəb olub.

 

Sportal.az xəbər verir ki, onlar Türkiyə millisinin forvardı Cenk Tosunun AÇ-2020-nin seçmə mərhələ oyununda Albaniya ilə matçdan sonra qol sevincini əsgər salamı verərək, qeyd etdiyi şəkli "Instagram"da bəyənib. Türkiyə əsilli oyunçuların hərəkəti birmənalı qarşılanmayıb.

 

İlkay Gündoğan şəkli siyası maraqlara görə deyil, dostunu təbrik məqsədilə bəyəndiyini deyib.

 

Almaniya mətbuatında təzyiqlərdən sonra hər iki futbolçu fotonu "unlike" edib. Bu hərəkətdən sonra onları Türkiyə mətuatı və azarkeşləri qınayıb.

Xəbər xətti