Şimali Koreya - Cənubi Koreya oyunundan öncə iplər tarıma çəkildi!

18:07 - 14 Oktyabr 2019

Siyasi səbəbdən gərgin münasibətləri olan Şimali və Cənubi Koreya yığmaları sabah DÇ-2022-nin seçmə mərhələsində qarşılaşacaq.

 

Sportal.az xəbər verir ki, oyundan öncə gərginlik yaranıb. Şimali Koreyanın paytaxtı Pxenyanda keçiriləcək qarşılaşmanı heç bir televiziya canlı yayımlamayacaq. Bundan əlavə, cənubi koreyalı azarkeşlər və jurnalistlərə stadiona giriş olmayacaq.

 

Şimali Koreya Cənubi Koreya millisinin Pxenyana birbaşa uçuşuna icazə verməyib. Cənubi Koreya yığması əvvəlcə Çinin paytaxtı Pekinə, sonra isə Pxenyana yollanıb.

 

Şimali Koreyanın lideri Kim Çenin matçı izləyib-izlməyəcəyi böyük maraq doğurur. Onun izlədiyi qarşılaşmalarda Şimali Koreya 2005-ci ildən uduzmur.

 

Qarşılaşma oktyabrın 15-i Bakı vaxtı ilə 12:30-da keçiriləcək.

Xəbər xətti