"Barselona" Fatiyə 200 milyon qiymət qoyur

18:53 - 14 Oktyabr 2019

“Barselona” 16 yaşlı futbolçusu Ansu Fatinin müqaviləsini uzatmağa hazırlaşır.

 

Sportal.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, kataloniyalılar yeni müqavilədə gənc oyunçunun sərbəst qalma qiymətini 200 milyon avro qoyacaq.

 

İspaniya yığmasını seçən Fati bu mövsüm “Barselona”nın heyətində  6 oyun 2 qol, 1 assistlə yadda qalıb.

Xəbər xətti