Almaniya klubu “Barış pınarı”na dəstək olan futbolçu ilə bağlı sərt qərar verdi

Almaniya II Bundesliqa təmsilçisi "Sankt-Pauli" klubu futbolçusu Cenk Şahini "Instagram"da "Barış pınarı" hərəkatına dəstək olduğu üçün əsas komandadan kənarlaşdırmışdı.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi ilə bağlı qərar qəbul edilib. Klub rəhbərliyi türkiyəli oyunçu ilə yolları ayıracaq. Müqaviləsi 2021-ci ilə qədər olan futbolçuya başqa klublarla danışıqlar aparmasına icazə verilib. Cenk bu müddətdə komandanın məşqlərinə qatıla biləcək.

 

Almaniya klubu Cenk Şahinin paylaşımının klubun imicinə uyğun olmadığını açıqlamışdı.

 

"Sankt-Pauli" Ənvər Cenk Şahini 2017-ci ildə "Başakşəhər"dən transfer etmişdi. Almaniya klubunun qərarından sonra İstanbul təmsilçisi sosial şəbəkə hesabında "Evinə qayıt, Şahin" başlığı ilə status paylaşıb.

 

Image

Tarix: 15 Oktyabr [14:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio