Milan Obradoviç: "Rəqibə istədiyi futbolu oynamaq imkanı vermədik"

23:47 - 15 Oktyabr 2019

Azərbaycan U-21 millisinin baş məşqçisi Milan Obardoviç komandasının AVRO-2021-in seçmə mərhələsində Sumqayıtda İsveçrəyə uduzduğu görüşdən sonra fikirlərini bildirib.

 

Sportal.az xəbər verir ki, serbiyalı mütəxəssis 0:1 hesablı məğlubiyyəti belə şərh edib:

 

"Planlaşdırdığımız kimi oynadıq. Ancaq futbolda hər detal vacibdi. Bu gün bizə çox az şey çatmadı. Rəqibə istədiyi oyunu oynamağa imkan vermədik. Əlbəttə, nəticədən razı qalmadım, amma futbolçulardan razı qaldım. Komanda olaraq inkişaf istiqamətində daha bir addım atmış olduq. Ancaq çox işləməliyik. Rəqibə də yaxşı oyuna görə təşəkkür edirəm”.

Xəbər xətti