"Qarabağ" - APOEL: biletlər satışa çıxarılır

16:40 - 16 Oktyabr 2019

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda oktyabrın 24-ü Kiprin APOEL klubunu qəbul edəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, qarşılaşmanın biletləri sabah saat 12:00-dan satışa çıxarılacaq. Biletlərin qiymətləri sektorlar üzrə 2, 5, 10, 15, 50 və 75 AZN-dir.

 

Biletlərin satış məntəqələri:

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları

Gənclik və 28 Mall (iticket satış məntəqəsi)

Park Bulvar AVM (iticket satış məntəqəsi)

ASAN 2, 3 (Yasamal, Amay t/m)

İticket.az (onlayn).

Xəbər xətti