Dani Alveş: “Paris irqçi insanlarla doludur”

18:18 - 16 Oktyabr 2019

Avropada 17 il oynadıqdan sonra Braziliyanın “San-Paulu” klubuna keçən Dani Alveş GQ jurnalına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, Braziliyadakı həyatın tam fərqli olduğunu deyib: “Geri dönəndə mədəniyyət fərqini görüb, şok yaşadım. Braziliyada insanlar daha səmimidirlər və böyük enerjiyə sahibdirlər. Hər gün dostlarımla əylənirəm. Paris çox stresli şəhərdir. Heç sevmədim. Bir həftəlik istirahət üçün idealdır, amma daha çox yaşamaq insanı sıxır. San-Paulunun kiçiyi kimi düşünün. Həm də Parisdə çoxlu irqçilər var. Həddən artıq çoxdurlar. Mənə heç nə etməyiblər. Çünki onları peşman edərdim. Ancaq komanda yoldaşlarıma irqçilik edildiyinə dəfələrlə şahid olmuşam”. 

 

Alveş Barselona və Sevilya şəhərlərinin Turin və Parisdən daha gözəl olduğunu deyib: “İspaniya Braziliya kimi idi. Küçələrdə həyat və müsbət enerji var idi. Çox gözəl insanlar idi. İspaniyadakı həyatım çox gözəl idi”.

 

34 yaşlı müdafiəçi “Bahia”, “Sevilya”, “Barselona”, “Yuventus” və PSJ klublarında çıxış edib.

Xəbər xətti