“İnter”in Jiru planı

18:33 - 16 Oktyabr 2019

“İnter” mövsümün sonunda “Çelsi” ilə müqaviləsi başa çatacaq Olivye Jirunu qış fasiləsində transfer etmək istəyir.

 

Sportal.az “Sky Italia”ya istinadən xəbər verir ki, Romelu Lukakuya əvəzləyici axtaran Antonio Konte Jirunun transfer edilməsini istəyir. London klubu ilə yaxşı əlaqəsi olan italiyalı mütəxəssis bu keçidin reallaşacağına ümid edir.

 

“Arsenal”da 6 il oynadıqdan sonra fransalı futbolçu 2018-ci ilin yanvarında 17 milyon avroya “Çelsi”yə transfer olmuşdu.33 yaşlı forvard bu mövsüm 5 oyuna 1 qol vurub.

Xəbər xətti