"İnter"in futbolçusu üç aylıq sıradan çıxdı

23:37 - 16 Oktyabr 2019

"İnter"in hücumçusu Aleksis Sançes üç ay yaşıl meydanlardan uzaq qalacaq.

 

Sportal.az xəbər verir ki, Kolumbiya ilə yoxlama matçında (0:0) zədələnən futbolçunun sol ayaq biləyində tendonların yerindən çıxdığı aşkarlanmışdı. 30 yaşlı hücumçu əməliyyat ediləcək.

 

"İnter" Sançesi yayda "Mançester Yunayted"dən bir illik icarəyə götürüb. O, "göy-qaralar"da 4 oyuna 1 qol vurub.

Xəbər xətti