Klub prezidenti futbolçulara sosial şəbəkələri qadağan elədi

00:21 - 17 Oktyabr 2019

İdman dünyasına sosial şəbəkələrin böyük təsir etdiyi dönəmdə Misirin "Zemalek" klubu gözlənilməz addım atıb.

 

Sportal.az xəbər verir ki, klub prezidenti Mortada Mansur futbolçuların oyuna köklənməsi üçün sosial şəbəkələri qadağan edib.

 

"Sosial şəbəkələrdə kim hesab açsa, maaşının yarısını cərimə ödəyəcək. Hər paylaşımın da cəzası olacaq", - deyə klub rəhbəri qeyd edib.

 

Ötən mövsüm "Zemalek" Misir çempionatını 2-ci yerdə başa vurub. Komanda bu mövsüm 3 oyuna 7 xal toplayıb.

Xəbər xətti