"Vaqif Heydərlidən şikayətçi ola bilmərəm" – Budaq Nəsirovun atası

10:56 - 17 Oktyabr 2019

Sosial şəbəkələrdə Budaq Nəsirovla bağlı yazılan bir status təəccüblə qarşılandı.

 

Sportal.az xəbər verir ki, Nazil Zeynalov "Facebook” səhifəsində yazdığı statusda birbaşa ad çəkməsə də, FIFA meneceri Vaqif Heydərlini Budaq Nəsirova qarşı haqsızlıq etməkdə günahlandırmışdı.

 

Bu məsələ ilə bağlı "Futbol+” qəzeti Budaqın atası Hikmət Nəsirovla əlaqə saxlayıb. Ata Nəsirov Nail bəyin statusunda yazılanlardan xəbərsiz olduğunu bildirib. Nikmət bəy ümumiyyətlə, Vaqif Heydərlidən şikayətçi olmadığını deyib.

 

Sitat: "Mən Vaqifdən şikayətçi ola bilmərəm. Ona iradım yalnız ondan ibarətdi ki, gərək Budağı "Sportinq”ə aparanda mənimlə də məsləhətləşəydi. Oğlumun o kluba yollanması bəlkə də bir az tez idi. O ki qaldı Heydərlinin hər ay bizə göndərmək adıyla 1500 avronu cibinə qoymasına, bu haqda heç bir məlumatım yoxdur".

 

Hikmət bəy oğlunun Türkiyədə hansısa agentliklə müqavilə bağladığından xəbərsizdir: "Oğlum hazırda Portuqaliyadadır. Orda başqa sahədə çalışır. Onun Türkiyədəki "Pelikan” agentliyi ilə müqavilə bağlamasından da xəbərsizəm. O dostları ilə məşq edir. Qış "transfer pəncərəsi”nin açılmasını gözləyir. Onun Türkiyə ilə heç bir əlaqəsi yoxdur”.

Xəbər xətti