“Roma”dan Kolarov qərarı

16:57 - 17 Oktyabr 2019

İtaliyanın “Roma” klubu müdafiəçisi Aleksandr Kolarovla yeni müqavilə imzalamaq istəyir.

 

Sportal.az “La Gazetta dello Sport”a istinadən xəbər verir ki, serbiyalı sol cinah müdafiəçisinin agenti Serxio Berti və “canavarlar”ın idman direktoru Canluka Petraki arasında görüş reallaşıb. Məlumata görə, paytaxt təmsilçisi 33 yaşlı futbolçunun müqaviləsini 2021-ci ilin yayına qədər uzatmaq istəyir.

 

Təcrübəli futbolçunun müqaviləsi mövsümün sonunda başa çatır. Kolarov bu mövsüm 7 oyuna 3 qol vurub, 1 assist edib.

 

“Roma” Serbiya millisinin kapitanını 2017-ci ilin yayında “Mançester Siti”dən 5 milyon avroya transfer etmişdi.

Xəbər xətti