"Turan Tovuz"un yeni baş məşqçisi müəyyənləşdi

00:23 - 18 Oktyabr 2019

I Divizionun lideri "Turan Tovuz"un yeni baş məşqçisi müəyyənləşib.

 

Sportal.az-ın məlumatına görə, qərb təmsilçisini İlham Yədullayev çalışdıracaq. O, yaxın bir-iki gündə ictimaiyyətə təqdim ediləcək.

 

44 yaşlı mütəxəssis bu vəzifədə "Qəbələ"yə üz tutan Azər Bağırovu əvəzləyib.

 

Azərbaycan millisinin keçmiş müdafiəçisi bu ilin əvvəlində "Keşlə"nin əvəzedici komandasından ayrıldıqdan sonra işsiz idi.

Xəbər xətti