İtaliyanın məşhur klubu fəaliyyətini dayandırdı

16:44 - 18 Oktyabr 2019

İtaliyanın D Seriyasında çıxış edən "Palermo" klubu fəaliyyətini dayandırıb.

 

Sportal.az  "Corriere dello Sport"a istinadən xəbər verir ki, Palermo məhkəməsi Siciliya təmsilçisinin müflis olduğunu elan edib.

 

"Palermo" bu mövsüm B Seriyasında çıxış etməli olsa da, maliyyə pozuntularına görə D Seriyasına göndərilmişdi.

 

"Palermo" ilk olaraq 1900-cü ildə yaradılsa da, sonradan 1920 və 1941-ci illərdə yenidən təsis edilib. İndiki klub isə 1987-ci ildə yaranmışdı. Komanda iki dəfə A Seriyasında 5-ci yeri tutub, İtaliya kubokunda bir dəfə finalçı olub.

Xəbər xətti