"Liverpul"da yeni müqavilə

00:43 - 19 Oktyabr 2019

"Liverpul" müdafiəçisi Joel Matiplə yeni müqavilə imzalayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, kamerunlu müdafiəçi ilə 2024-cü ilin yayına kimi müqavilə bağlanılıb.

 

Matip 2016-cı ildə "Şalke"dən "Qırmızılar"a keçib. 28 yaşlı futbolçu komandada 107 oyun keçirib.

Xəbər xətti