Lənkəranda kütləvi dava: “Kəpəz”in qapıçısını döydülər - VİDEO

12:38 - 20 Oktyabr 2019

U-17 liqasında “Xəzər Lənkəran”la “Kəpəz” qarşılaşıb.

 

Sportal.az xəbər verir ki, Lənkəranda keçirilmiş oyunda insident yaşanıb.

 

Oyun ərzində yerli fanatlar rəqib qapıçını söyüblər.

 

Meydan sahiblərinin qolundan dərhal sonra azarkeşlər “Kəpəz”in qapıçısına su qabı atıblar.

 

Matç bitəndən sonra isə azarkeşlər meydana daxil olub. Onlar “Kəpəz”in qapıçısı Cavid Qurbanovu vurublar. “Kəpəz”in oyunçusu özünü müdafiə etmək üçün qarşılıq verib. Azarkeşi vurduğu üçün Cavid qırmızı vərəqə alıb.

 

Azarkeşlərin meydana daxil olması ilə birlikdə hər iki komandanın futbolçuları davaya qoşulub.

 

Stadionda polis və təhlükəsizlik xidmətinin əməkdaşları həmin vaxt olmadığı üçün futbolçular gec ayrılıb.

 

Qarşılaşmada “Kəpəz” 2:1 hesablı qələbə qazanıb.

 

 

 

 

 

 

Xəbər xətti