“Qarabağ” - APOEL: mətbuat konfransı və açıq məşqin vaxtı

Avropa Liqasının qrup mərhələsinin III turunda baş tutacaq “Qarabağ” - APOEL (Kipr) qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfransının vaxtı müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı Qurban Qurbanov oktyabrın 23-ü 13:00-da matçın keçirləcəyi Tofiq Bəhramov adına Respbublika Stadionunda media mənsublarının önünə çıxacaq.

 

Komandanın son məşqi isə saat 17:00-da "Azersun Arena"da baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

APOEL-in baş məşqçisi Tomas Dollun mətbuat konfransı saat 18:15-də başlayacaq. 19:00-da Nikosiya klubunun futbolçuları Tofiq Bəhramov adına Respbublika Stadionunda oyun öncəsi son məşqə çıxacaq.

 

“Qarabağ” - APOEL oyunu oktyabrın 24-ü baş tutacaq. Matçın start fiti 20:55-də səslənəcək.

 

 

Tarix: 21 Oktyabr [15:37]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2019
16  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio