“Bornmut”dan “Qarabağ”a “yaşıl şıq”

12:44 - 22 Oktyabr 2019

İngiltərənin "Bornmut" klubu qapıçısı Aron Ramzdeyllə uzun müddətli müqavilə imzalayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, "Gilaslar" 21 yaşlı ingilis qapıçıya əsas heyət üzvü kimi yanaşır.

 

Premyer Liqa təmsilçisi yayda "Qarabağ"a icarə verdiyi Asmir Beqoviçi gələcək planlarında düşünmür. 32 yaşlı qapıçının Ağdam klubu ilə müqaviləsi ilin sonunda başa çatacaq.

 

"Bornmut"un Ramzdeyllə müqavilə imzalaması "Qarabağ"ın Beqoviçi mövsümün sonuna qədər icarəyə götürməsinə şərait yaradıb. Ağdamlılar Avropa Liqasında qrup mərhələsini keçsə, keçid üçün danışıqlar aparacaq.

 

Bosniya və Herseqovina millisinin üzvünün "Bornmut"la müqaviləsi 2021-ci ilin yayında başa çatır.

Xəbər xətti