Olimpiya Oyunlarının yeni loqosu - FOTO

17:56 - 22 Oktyabr 2019

2024-cü ildə Fransanın Paris şəhərində keçiriləcək Olimpiya Oyunlarının loqosu təqdim edilib.

 

Sportal.az xəbər verir ki, loqotipdə medal, Olimpiya alovu və  – ölkənin rəsmi simvolu olan xanım Mariannanı cəmləşib.

 

Loqotip ağ rəngli alovun təsvir edildiyi yuvarlaq bir qızıl medaldır. Onun üzərində qızıl saçlı bir qadının təsvirini də görmək mümkündür.

 

Paris Olimpiya Oyunları 2024-cü ildə 26 iyul - 11 avqustda, Paralimpiada isə 28 avqust - 8 sentyabrda keçiriləcək.

 

Image

Xəbər xətti